Biologiya və kimya fənni ilə bağlı əl işləri nümayiş olunub

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı tədbirlər planı çərçivəsində metodbirləşmə rəhbəri Aliyə Abdullayevanın rəhbərliyə təqdim etdiyi tədbirlər planının yekunu olaraq aylığın son günü sərgi təşkil olunmuşdur.
Sərgidə müxtəlif yaş qrupları üzrə şagirdlərimizin biologiya və kimya fənni ilə bağlı əl işləri nümayiş etdirilmişdir.
Rəngarəng əl işləri hamının böyük marağına səbəb olmuşdur.