"Düşünən oxucu"

Ümumtəhsil müəssisələrinin V- lX sinif şagirdləri arasında "Düşünən oxucu" başlığı altında oxu müsabiqəsinin təşkil olunması barədə Azərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021-ci il tarixli F- 597 nömrəli əmri əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11 yanvar 2022 - ci il tarixli F- 03 nömrəli əmrinin icrasının yerinə yetirilməsi ilə əlaqədar olaraq məktəbimizdə 20 nəfər şagird arasında bu müsabiqənin məktəb mərhələsi keçirilmişdir. Şagirdlər məktəb kitabxanasından Mark Tvenin ”Şahzade və dilənçi”, “Qaçaq Kərəm“ dastanı, Coan Roulinqin “Harri Potter və fəlsəfə daşı”, Antuan de Sent Ekzüperin ”Balaca şahzadə”, Mayn Ridin“Başsız atlı”, Cek Londonun “Bəyaz diş”, Artur Konon Doylun “Baskervillərin iti” və s. dünya və yerli ədəbiyyat nümunələri götürərək əsərlə tanış olmuşlar. Daha sonra hər bir şagird oxuduğu əsər haqqında fikirlərini söyləmiş, onu təhlil etmişlər. Sonda ən yaxşı çıxış edən 4 şagirdimizin videotəqdimatları münsiflər heyətinin üzvləri: dil-ədəbiyyat üzrə metodbirləşmə rəhbəri Tağıyeva Afət, müəllimlər Məhərrəmova Fəridə, Verdiyeva Sevda və Həsənova Pərvanə tərəfindən seçilərək müsabiqənin şəhər mərhələsində iştirak etmək üçün göndərilmişdir. Müsabiqədə iştirak edən şagirdlərdən :
Gəncalı Nazpəri - 6 c (Mark Tven ”Şahzade və dilənçi”)
Abdullayev Hüseyn - 7 ç (“Qaçaq Kərəm“ dastanı)
Qurbanova Nübar - 8 d (Coan Roulinq “Harri Potter və fəlsəfə daşı” )
Səfərəlizadə Nərmin - 8 ç (Antuan de Sent -Ekzuperi ”Balaca şahzadə”) məktəb mərhələsinin qalibləri elan olunmuşlar.