Böyük Summativ Qiymətləndirmələr keçirilib

     2021-2022-ci tədris ili üzrə məktəbin fəaliyyət planının 1.2.30 bəndinə  əsasən 24 yanvar tarixindən şagird nailiyyətinin qiymətləndirilməsi məqsədilə I yarımil üzrə  Böyük Summativ Qiymətləndirmənin  keçirilməsinə start verilib.
       Böyük Summativ Qiymətləndirmə IV, IX və XI siniflərdə bütün fənlər üzrə, digər siniflərdə isə, buraxılış fənləri -  Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənləri üzrə həyata keçirilir. BSQ-nin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir. Bu məqsədlə məktəbin direktoru Yasin Quliyev direktoryanı müşavirə keçirmişdir. Müşavirədə təlim-tərbiyə işləri üzrə direktor müavinləri Zərifə Cəfərova, Elnurə İsmayılova və metodbirləşmə rəhbərləri iştirak etmişlər.
       Məktəb rəhbəri bəzi təlimati tapşırıqlar vermiş və qiymətləndirmənin şəffaf keçirilməsi, müvəffəqiyyətlə başa çatdırılması üçün uğurlar arzulamışdır. Şagirdlərin I yarımillik qiymətləndirilməsində onların BSQ-dən aldıqları qiymətlər müvafiq olaraq nəzərə alınır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi