Maarifləndirici söhbətlər

"Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 - 2022 - ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.5.2 - ci bəndinə uyğun olaraq məktəbimizdə müvafiq maarifləndirmə işləri aparılmışdır. Belə ki, məktəbin tibb işçisi Rüstəmova Aytac məktəbdə təhsilalanlar arasında dispanserizasiyanın mahiyyəti barədə maarifləndirmə işinin təşkil edilməsi məqsədilə şagirdlərlə maarifləndirici söhbətlər aparmışdır. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.