Nümunəvi dərslər

2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5.bəndinə əsasən fənn aylıqlarının keçirilməsi ilə bağlı kimya-biologiya aylığı davam edir. 19.01.2022-ci il tarixdə biologiya müəllimi Kərimova Xəyalə 6 a sinfində "Toxum" mövzusunda nümunəvi dərs keçmişdir. İlk 5 dəqiqə "20 yanvar - Şəhidləri"nin xatirəsinə həsr olunaraq bu barədə slaydın nümayiş olunması ilə başladı və sonra Şəhidlərimizin ruhu bur dəqiqəlik sükutla yad olundu. Xəyalə müəllimə interaktiv təlim metodlarından, İKT imkanlarından istifadə edərək və əyani vəsait olaraq müxtəlif toxum nümunələri üzərində maraqlı dərs nümunəsi ilə mövzunun şagirdlərə mənimsədilməsini təmin edə bilmişdir. Dərs həyat bilgisi, coğrafiya, fizika dərslərinə inteqrasiya olunaraq şagirdlərdə böyük maraq oyatmışdır.
19.01.2022-ci il tarixdə daha bir dərs kimya fənni üzrə keçirilmişdir. Kimya müəllimi Yusifova Zülfiyyə 7 a sinfində "Fiziki və kimyəvi hadisələr, kimyəvi reaksiyaların əlamətləri" mövzusunda dərs keçmişdir.
Dərs fizika, həyat bilgisi, biologiya, coğrafiya fənləri ilə inteqrasiya olunmuşdu və bu hadisələrin həyatımızdakı rolunu şagirdlərə əyani və virtual olaraq nümayiş etdirmək üçün böyük əhəmiyyət kəsb etmişdir. Göstərilən təcrübələr həm şagirdlər tərəfindən həyata keçirildiyi üçün maraq oyatdı, həm də təcrübələrin adlarına müvafiq "Qanlı 20 Yanvar" faciəsi ilə əlaqələndirilərək bir daha həmin günün yaddaşımızdan heç zaman silinməyəcəyini, bu vandalizmin gələcək nəsillərə ötürülməsinin hər vəchlə əlimizdən gəldiyi qədər təmin edildiyi göstərildi. "Süni qan" təcrübəsi-qan yaddaşımız, "Süni vulkan"təcrübəsi-xalqın qəlbindəki püskürməyi illərdir gözləyən vətənpərvərlik hissi "Qələvinin indikatorla şəffaf rəngini dəyişməsi" təcrübəsi-mənfur düşmənlərimizin dünya siyasətində iç üzünün 44 günlük müharibədə üzə çıxması, "Dəmir tozlarının maqnit topun ətrafına birləşməsi" fiziki təcrübəsi-prezidentin dəmir yumruğu ətrafında xalqımızın birləşməsi kimi əlaqələndirmələr dərsin mahiyyətini daha məzmunlu etdi.
Müəllimlərimizə bundan sonra da fəaliyyətlərində uğurlar arzulayırıq.