"Alkenlərin fiziki xassələri" mövzusunda nümunəvi dərs keçiriib

2021-2022-ci tədris ili üçün məktəbin fəaliyyət planına əsasən, kimya-biologiya aylığında kimya müəllimi Lalə Həsənovanın 10 ç sinfində "Alkenlərin fiziki xassələri" mövzusunda nümunəvi dərsi keçirilmişdir.
Aylıq çərçivəsində tədrisin keyfiyyətini yüksəltməyə kömək edən, şagirdlərdə kimya elmini daha səylə öyrənməyə maraq yaradan, müəllimləri öz potensiallarından tam istifadə etməyə, yaradıcı çalışmağa sövq edən dərs zəminində qarşıya qoyulan məqsədə nail olunaraq mövzu şagirdlərə mənimsədilmişdir. Nəzəri biliklərlə yanaşı, dərsdə praktiki təcrübələr də həyata keçirilmişdir.