"Rəsm və əl işlərindən ibarət sərgi"

Azərbaycan Respublikası Təhsil nazirinin 13.01.2022-ci il tarixli F-14 nömrəli əmri əsasında Bakı Şəhəri üzrəTəhsil İdarəsinin F-07 nömrəli əmri ilə təsdiq olunmuş "Tədbirlər Planı"na uyğun olaraq məktəbimizdə 20 yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı növbəti tədbir rəsm sərgisinin keçirilməsi oldu. Məktəbin təsviri incəsənət müəllimi, metodbirləşmə sədri Abdullayeva Mətanətin rəhbərliyi ilə təşkil olunmuş rəsm və əl işlərindən ibarət bu müsabiqədə şagird yaradıcılığının nümunələri nümayiş etdirilmişdir. Məktəbin 9 b sinif şagirdi Şəfiyva Xədicə l yer, 9 c sinif şagirdi Əliyeva Sahibə ll yer, 8 b sinif şagirdi Tanrıverdiyeva Mədinə lll yeri tutaraq müsabiqənin qalibləri elan olunmuşlar.