"Şəhidlər unudulmur"

1990-cı il 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olmaqla bərabər, həm də milli ruhunun, milli kimliyinin dərk olunduğu gündür. Tariximizdə mühüm yer tutan "Qanlı yanvar" hadisəsindən 32 il ötməsinə baxmayaraq, bu hadisə hər birimizin yaddaşında çox dərin izlər buraxmış və bu faciəni həm ağrı-acı, həm də bir iftixar hissi ilə yad edirik. Özlərini vətən uğrunda qurban vermiş Şəhidlərimizin nisgilini qəlb ağrısı ilə yaşasaq da,onların fədakarlığı sayəsində azadlığımıza qovuşduğumuz həmin günü həm də qürurla anırıq və gələcək nəsillərin bu hadisəni doğru-dürüst dərk etməsi və düzgün qiymətləndirməsi üçün vətəndaş olaraq hər birimiz əlimizdən gələni etməliyik.
Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 14.01.2022-ci il tarixli F-07 nömrəli qərarı ilə təsdiq olunmuş 20 yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Tədbirlər Planına əsasən, məktəbimizdə silsilə tədbirlər keçirilmişdir. "Şəhidlər unudulmur"adlı tədbirin hazırlanmasında tarix müəllimləri-Quliyeva Gülnaz və Əmiraslanova Səbinənin rəhbərliyi ilə məktəbin müxtəlif yaş qrupuna məxsus şagirdləri iştirak etmişlər.Şagirdlər Şəhidlərin xatirəsinə həsr olunmuş səhnəciklər göstərmiş, şeirlər söyləmiş, mahnılar ifa etmişlər.
Tədbirin sonunda məktəbin direktoru Yasin Quliyev Ümumxalq Hüzn Günü ilə bağlı nitq söyləmiş, hadisə ilə bağlı maraqlı məlumatlar danışmış və şagirdlərə hər zaman bu hadisəni xatırlamalarını, onu unutmamalarını bildirərək, tədbirin hazırlanmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirmişdir.