"Çiçək" mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin Fəaliyyət Planına əsasən yanvar ayı məktəbimizdə kimya-biologiya aylığı elan olunmuşdur. Aylıq çərçivəsində biologiya müəllimi Aliyə Abdullayeva Vl c sinfində "Çiçək" mövzusunda nümunəvi dərs keçirmişdir.
Nümunəvi dərsin keçirilməsində məqsəd biologiya fənni üzrə şagirdlərin bilik və bacarıqlarının səviyyəsinin öyrənilməsi, inkişaf mexanizminin izlənilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Dərsdə müzakirə, beyin həmləsi kimi fəal təlim metodlarından, əyani vəsaitlərdən, elektron resurslardan istifadə olunub. Şagirdlər qruplarla tapşırıqlar icra ediblər. Ədəbiyyat və təsviri incəsənət fənləri ilə inteqrasiya yaradır.