"Görkəmli elm xadimi, professor Lütfi Zadə"

         Azərbaycanın dünya şöhrətli alimi Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır.
Görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F- 87 nömrəli əmrinə əsasən Tədbirlər Planına uyğun olaraq məktəbin 10 a sinif şagirdləri sinif rəhbəri Afaq Nəbiyeva və riyaziyyat müəllimi Esmira Nuriyevanın rəhbərliyi ilə Birinci Fəxri Xiyabanda onun məzarını ziyarət etmişlər.
Şagirdlər görkəmli elm xadimi, professor Lütfi Zadənin məzarı üstünə gül qoymuş, yaradıcılıq və elmi əsərləri, kəşfləri ilə bağlı çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi