"Aşıq Ələsgər yaradıcılığının inciləri"

         Azərbaycan Respublikası təhsil nazirinin 26.07.2021-ci il tarixli F- 372 nömrəli əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən məktəbimizin dil-ədəbiyyat müəllimləri-Tağıyeva Afət, Qədimova Səadət, Kərimov Taqətin rəhbərliyi ilə şagirdlərimizin təqdimatında  "Aşıq Ələsgər yaradıcılığının inciləri" adlı tədbir keçirilmişdir.
         Şagirdlərimizin ifasında aşığın həyatının bəzi məqamları, həmçinin, şairin dövrünün məsələlərinə münasibətini əks etdirən şeirləri, eləcə də sözlərinə bəstələnən müsiqilər tədbir iştirakçılarının nəzərinə çatdırıldı.
         Tədbirin keçirilməsində əsas məqsəd  şagirdlərimizə milli-mənəvi dəyərlərimizə sahib çıxmağı aşılamaqdan ibarət idi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişlər və sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək  arzularını bildirmiş və  bundan sonrakı məktəb tədbirlərində də bu cür nümunəvi ifalar  etmələri  üçün şagirdlərə uğurlar diləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi