"Riyaziyyat fənni aylığı"

         2021-2022-ci tədris ilində məktəbin Fəaliyyət planının 1.4.5. bəndinə əsasən mütəmadi olaraq fənn aylıqlarının keçirilməsi davam edir. Fənn aylıqlarının keçirilməsində  əsas məqsəd şagirdlərin müxtəlif fənlərə marağını artırmaq, müəllimləri tədris prosesində yaradıcı fəaliyyətə sövq etmək, onların nümunəvi iş təcrübəsini nümayiş və təbliğ etməkdən ibarətdir. Bu silsilədən növbəti fənn aylığı riyaziyyat fənni üzrə davam edir.
         Məktəbin direktoru və direktor müavinləri müxtəlif siniflərdə dərsdinləmələrdə olmuş , dərslərin keçirilməsi zamanı müəllimin pedaqoji, psixoloji, metodiki  xüsusiyyətləri, şagirdlərin mövzuları qavrama, mənimsəmə, tətbiqetmə və s. qabiliyyətlərini izləmiş və sonra direktoryanı müşavirə təşkil olunaraq dərsin keyfiyyəti ilə bağlı müzakirələr keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi