Ulu Öndər Heydər Əliyevin Anım Günü

Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə 71 nömrəli tam orta məktəbdə bir sıra silsilə tədbirlər keçirilmişdir. Məktəbin 9 a sinfinin sinif rəhbəri Kərimova Xəyalə sinfin təşkilat saatını bu mövzuya həsr etmişdir. 9 a sinif şagirdlərinin hazırladığı təqdimatda Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı videoçarx təqdim edildi. Eləcə də şagirdlər bu dahi insan haqqında şeirlər söylədilər və xatirəsini yad etdilər.
Digər bir tədbir isə Heydər Əliyevin "Anım günü" ilə bağlı ağacəkmə aksiyasının keçirilməsi oldu. Məktəbin 11 a, 11 b, 9 a, 9 c sinifləri bu aksiyada daha fəal iştirak etdilər.
Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşsa da onun xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaqdır.