"Azərbaycan dili milli - mənəvi varlığımızdır"

"Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı" çərçivəsində "Azərbaycan dili milli - mənəvi varlığımızdır" mövzusunda müsabiqə keçirilmişdir. Dil-ədəbiyyat müəllimi Tağıyeva Afətin rəhbərliyi ilə keçirilən bu müsabiqədə lX a sinif şagirdləri dilimizin gözəlliyi, qədimliyi, üslub qaydaları ilə bağlı verilən sualları cavablandırmış və onun zənginliyindən bəhs edən videoslaydların nümayişinə baxmışlar.