"Zəfər Günü"nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib

"8 noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbin Fəaliyyət Planı üzrə 4 noyabr 2021-ci il tarixdə "Zəfər Günü"nə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqədə rəsm nümunələri, əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
Rəsm sərgisi üzrə
l yer- Mirəliyev Eldar 9 b sinfi
ll yer- Şəfiyeva Xədicə 9 b sinfi
lll yer- Məmmədova Rəna 9 ç sinfi
Əl işləri sərgisi üzrə
l yer- Əliyeva Ayişə 8 a sinfi
ll yer- Cəlilov Nadir 4 f sinfi
Qafarzadə Mənsurə 1 ə sinfi
lll yer- Əfəndiyev Murad 6 c sinfindən olan şagirdlər məktəbin direktoru Yasin Quliyev tərəfindən "Tərifnamə" ilə təltif olundular.
Sərgi - təsviri incəsənət, texnologiya, musiqi fənləri üzrə metodbirləşmə sədri Abdullayeva Mətanətin rəhbərliyi ilə təşkil olunmuşdur. Bu sərginin keçirilməsində əsas məqsəd şagirdlərdə dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, eləcə də tariximizin gələcək nəsillərə olduğu kimi çatdırılması üçün onlarda tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılmasıdır.