"ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCAN!

Məktəbin fəaliyyət planına uyğun olaraq 6 noyabr 2021-ci il tarixdə "Zəfərin mübarək, Azərbaycan!" adlı daha bir tədbir akt zalında keçirilmişdir.
Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, Vətən müharibəsi iştirakçıları, qazilər, Şəhid ailələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başladı. Daha sonra tədbir iştirakçıları vətənin azadlığı uğrunda həlak olmuş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa edildi, kompozisiyalar nümayiş etdirildi.
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Cəfərova Zərifə, İsmayılova Elnurə Zəfər Günü ilə bağlı təbrik nitqləri söylədilər.
Sonda məktəbin direktoru Yasin Quliyev çıxış edərək vətənpərvərlik ruhunun aşılanmasında bu cür tədbirlərin rolunu yüksək qiymətləndirdi və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə - təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfərova Zərifə, müəllimlər- Həsənova Hafizə, Şükürova Alidə, Qurbanova Məryəm, Mehdiyev Aslanşaha və çıxış edən bütün şagirdlərə təşəkkür etdi. Eləcə də tədbirdə iştirak edən veteranlara, qazilərə, Şəhidlərin ailə üzvlərinə dəvətimizi qəbul edib gəldikləri üçün minnətdarlığını bildirdi.