"Abidə kompleksinin açılışı olub"

"8 noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən və məktəbin Fəaliyyət Planına uyğun olaraq şagirdlərdə dövlət rəmzlərinə, vətənpərvərlik, milli mənəvi dəyərlərimizə hörmət hissinin aşılanması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, tariximizin şanlı səhifələrinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə təşkil edilən tədbirlər silsiləsindən növbəti tədbir məktəbin adını daşıdığı Milli qəhrəman Elxan Misirxanovun büstünün və məktəbin Şəhid məzunlarına həsr olunmuş abidə kompleksinin açılışı oldu. Tədbirin əvvəlində 10 və 11-ci sinif şagirdlərinin ifasında vətənpərvər mahnılarla təntənəli keçidi oldu. Sonra isə, büstün və abidə kompleksinin üzərindəki örtük Milli qəhrəman Elxan Misirxanovun atası və direktor Yasin Quliyevin iştirakı ilə götürüldü. Məktəbin bütün şagird və müəllim heyəti, eləcə də Şəhidlərin ailə üzvləri, veteranlar, qazilər abidələrin önündən keçərək gül dəstələri qoydular, Şəhidləri andılar. Veteran və qazilər, abidərin önündə hərbi təzim etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət etsin.