"8 noyabr Zəfər Günü"

         8 noyabr Zəfər Günü ilə əlaqədar Bakı şəhəri Təhsil İdarəsinin müvafiq əmrinə əsasən məktəbin fəaliyyət planı üzrə silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri də Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilərlə məktəb kollektivinin görüşü oldu.
         Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndirildi. Ölkəmizə, xalqımıza Zəfər sevincini yaşadan müqəddəs Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Sinif rəhbəri Ülkər Abdullayevanın rəhbərliyi ilə 4 ə sinif şagirdləri vətənpərvər ruhlu şeirləri ilə çıxış etdilər.
Sonra söz Şəhidlərin ailə üzvlərinə, Veteranlara, qazilərə verildi. Çıxış edən Şəhid anaları övladlarının vətənpərvərliyindən, cəsurluğundan söz açdılar, şagirdlərimizə də onlar kimi qorxmaz olmağı, şücaətli olmağı arzuladılar. Veteranlar və qazilər isə keçdikləri döyüş yolundan, əsgər yoldaşlarının qəhrəmanlığından, Şəhid olan hərbçilərimizdən danışaraq şagirdləri maraqlandıran suallara cavab verdilər.
         Sonda məktəbin direktoru Yasin Quliyev  çıxış edərək ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyini və düşmən üzərində tarixi zəfər çaldığını qeyd etdi və bildirdi ki, Prezidentin ətrafında sıx birləşən Azərbaycan xalqı, "Dəmir yumruq " la bu döyüşdə qalib oldu və Ali Baş Komandan, Prezident İlham Əliyevin bütün sahələrdə siyasətini dəstəkləyərək onunla həmrəy oldular. Prezidentin dövlətinə, millətinə bağlılığı, vətənə, xalqa  sevgisi  və xalqla birliyi nəticəsində dövlətimiz, millətimiz bu Zəfər sevincini yaşadı.  Sonra isə, Yasin Quliyev bu zəfəri bizlərə yaşadan o qəhrəmanların yetişdirilməsində məktəbin,  müəllimlərin rolununun danılmaz olduğunu qeyd etdi və şagirdlərə vətənpərvərlik ruhunun aşılanmasında xüsusi rolu olan müəllimləri- çağırışaqədərki hazırlıq müəllimi Mehdiyev Aslanşah, fizika müəllimi Nəbiyeva Afaq, ibtidai sinif müəllimləri Salahova Rəna, Rəcəbova  Mətanət, Quliyeva Şövkət   Şəbi Gülnarəni "Təşəkkürnamə" ilə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi