Fənn Olimpiadasının məktəbdaxili mərhələsi keçirilib

Oktyabrın 30-da VIII-XI sinif şagirdləri arasında
Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix, İnformatika fənləri üzrə olimpiadanın məktəbdaxili mərhələsi keçirilib.
Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində lazımı tədbirləri müəyyənləşdirməkdən ibarətdir.