"Anım günü" adlı xüsusi kompozisiya

         Vətən müharibəsində şücaət göstərmiş, Fizulinin,  Zəngilanın, Qubadlının azadlığı uğrunda vuruşmuş və öz doğma torpağında  qəhrəmancasına şəhid olmuş, Polkovnik, Azərbaycan Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudlu kəndində anadan olmuşdur.  Şükür Həmidov 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və oranı əla qiymətlərlə bitirmişdir.  O, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən sağlığında  Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Vətənpərvər Polkovnik, Milli qəhrəman Şükür Həmidov 2020-ci il oktyabrın 22-də səhər Qubadlı rayonu istiqamətində ön xətdə qəhrəmancasına şəhid olmuşdur. Şükür Həmidov "Fəxri xiyabanda" dəfn olunmuşdur.
         Hal-hazırda  məktəbin 1 a sinfi Polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidovun adını daşıyır. Oktyabrın 22-də 1 a sinif şagirdləri sinif rəhbəri Şövkət Quliyevanın iştirakı ilə "Anım günü" adlı xüsusi kompozisiya hazırlamışdır. Məktəbin direktoru Yasin Quliyev və direktor müavinləri də həmin tədbirdə iştirak etmişlər.
         Tədbirin sonunda Yasin Quliyev  Şükür Həmidovun döyüş yolundan, vətənə olan sonsuz sevgisindən söz acmış və bu vətən sevgisinin Azərbaycan vətəndaşı olaraq hər birimizdə olmasını arzulamışdır. O, bu sevginin məktəb partası arxasından, təhsildən başladığını qeyd edərək şagirdləri də bu ruhda böyüməyə, o cür qəhrəmanlarımız  kimi vətənpərvər olmağa səsləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi