Şəhid Əfqan Nəsirovun anım günü keçirilib

         Məktəbimizin daha bir məzun Şəhidi Əfqan Nəsirovun anım günü ilə bağlı tədbirlər həyata keçirilmişdir.
Şəhidin adını daşıyan 1 b sinif şagirdləri sinif rəhbəri Gülnaz Nəbiyevanın iştirakı ilə onun evində olmuş, anası ilə görüşərək oğlu haqqında xatirələrini dinləmiş və bu kiçik fidanlar Əfqan Nəsirovun anım günü ilə bağlı hazırladıqları  kompozisiyanı ailə qarşısında təqdim etmişlər.
         Eləcə də məktəb kollektivi Şəhidin adına tikilən bulağın açılışında iştirak etmişlər və məktəbin akt zalında geniş tədbir keçirilmişdir. Əfqan Nəsirovun anası Kəmalə xanım və yaxın qohumlarının da dəvət olunduğu bu tədbirdə şagirdlərimizin  hazırladıqları şeirlər, kompoziyasiyalar, Şəhid haqqında məlumatlar dinlənilmişdir.
          Sonda çıxış edən məktəbin direktoru Yasin Quliyev ölümündən sonra Prezident İlham Əliyevin sərancamı ilə "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunmuş Şəhidimizin şərəfli döyüş yolu və həyatı haqqında danışmış, anası Kəmalə xanıma arzularını bildirmiş, tədbirdə iştirakına görə təşəkkür etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi