Şəhid Saleh Əliyevin anım günü keçirilib

        Məktəbimizin məzun Şəhidlərindən olan Saleh Əliyev 1992-ci il 18 avqustda anadan olmuşdur. Səfərbərliklə döyüşə qatılan Saleh Əliyev Azərbaycan Ordusunun əsgəri kimi 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçərək 15 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Döyüşdə göstərdiyi şücaət və qəhrəmanlığa görə Saleh Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda "medalı,  25.12.2020-ci il tarixli sərəncamı ilə " Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

        Bu gün onun anım günü dərin ehtiramla qeyd edilmişdir. Bununla əlaqədar olaraq məktəbdə tədbir keçirilmiş,Saleh Əliyevin adını daşıyan 3 c sinif şagirdləri  sinif rəhbəri Günel Həsənovanın iştirakı ilə xüsusi kompozisiya hazırlamış, eləcə də məktəb rəhbərliyi və müəllimlərlə  birgə  Şəhidin məzarını ziyarət etmişlər, valideynləri məktəbə dəvət olunaraq məktəb kollektivi ilə onların görüşü təşkil olunmuşdur.

        Məktəbin direktoru Yasin Quliyev həm məktəbdə keçirilən tədbirdə, həm də Şəhidin məzarı başında nitq söyləmişdir. O, Saleh Əliyevin döyüş yolundan, qəhrəmanlığından söz açmış, onun  vətənə, xalqa bağlılığı, bu torpaqlarımız uğrunda canından belə keçməsini Vətənə böyük sevgisi ilə əlaqələndirmiş və çıxışının sonunda  şagirdləri bu cür vətənpərvər olmağa səsləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi