Şəhidlər unudulmur, unudulmayacaq

          Aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmus Milli qəhrəman Samid İmanov 1981-ci il 14 oktyabrda anadan olmuşdur. H.Əliyev adına Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib Ulu öndər H.Əliyev tərəfindən mükafata layiq görülən Samid İmanov peşəkar hərbçi kimi formalaşmaq üçün durmadan çalışıb. Mayor Samid İmanov 2016-ci ilin Aprel döyüşlərində qəhrəmancasına Şəhid olub. Döyüşlərdə göstərdiyi şücaət ve qəhrəmanlığa görə Samid İmanov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanın Milli qəhrəmanı adına layiq görülmüşdür. Bu gün onun anadan olması ilə əlaqədar məktəbimizin qururla adını daşıdığı 1ə sinif şagirdləri sinif rəhbəri Aygün Cabarovanın iştirakı ile sinifdə xüsusi kompozisiya hazırlamış, Şəhidin doğum gününü yad etmişlər.

          Məktəbin direktoru Yasin Quliyev də həmin tədbirdə iştirak etmiş, Samid İmanovun döyüş  yolundan, qəhrəmanlığından,vətənə olan sonsuz sevgisindən söz açmış və şagirdəri də bu cür qəhrəmanlardan örnək götürərək vətənpərvər olmağa səsləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi