Şəhid Məhəmməd Şəbiyevin anım günü

Məktəbimizin məzunu olmuş Məhəmməd Şəbiyevin anım günü ilə bağlı onun Fəxri Xiyabanda məzarı ziyarət olunmuşdur. Eləcə də Şəhidin adını daşıyan 4 c sinfinin şagirdləri sinif rəhbəri Günel Əliyevanın rəhbərliyi ilə onun evində olaraq Məhəmməd Şəbiyevə həsr olunmuş xüsusi guşədə əşyalarına baxmış, ailə üzvləri ilə görüşərək onların Şəhid haqqında söylədikləri fikirlərini dinləmiş, Şəhidin adına tikilmiş bulağa gələrək gül dəstələri qoymuşlar. Şagirdlərimiz Şəhid haqqında özlərinin hazırladıqları şeir və hekayələri ailə üzvlərinin qarşısında ifa etmişlər.