VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib

         Bakı Ekspo Mərkəzində 7-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Oktyabrın 8-də məktəbimizin şagirdləri və ingilis dili müəllimi Şükürova Alidə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmişdilər. Qeyd edək ki, bu sərgi 06-10 oktyabr 2021-ci il tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo mərkəzində təşkil edilmişdir. Sərgidə 50-dən artıq yerli və xarici nəşriyyat qurumları iştirak edir. Sərginin mövzusu Azərbaycanın dahi şairi və mütəfəkkiri  Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmişdir. Bununla bağlı sərgidə uşaqlar üçün tapmacalar, səhnələr və maraqlı proqramlar təqdim edilmişdir.
         Sərgi şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi