"Anım Günü" tədbiri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021 -ci il tarixli F 191 nömrəli əmrinə əsasən 27 sentyabr Anım Günü münasibətilə məktəbimizdə bir sıra silsilə tədbirlər keçirilmişdir.
27.09.2021- ci il tarixində Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi Sabunçu rayonu Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbdə də Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Anım Günü" tədbiri keçirilmişdir. Tədbirdə məktəbimizin direktoru Yasin Quliyev Qarabağın tarixi Azərbaycan torpağı olduğu haqqında, Ali Baş Komandanımızın yürütdüyü siyasət, 44 günlük müharibədə xalqla ordunun Prezidentimizin ətrafında sıx birləşməsi və bu birliyin sayəsində torpaqlarımızın işğaldan azad olunması haqqında danışdı. Eləcə də direktor ordumuzun 44 günlük müharibədə göstərdiyi şücaətdən və məktəbimizin məzunlarının müharibədəki qəhrəmanlıqlarından və şəhidlik zirvəsinə ucalmalarından söz açdı.
Şagirdlərimiz də şəhidlərimizin qəhramanlıqlarına və ordumuzun birliyinə həsr olunmuş şeirlər ifa etdilər. Silsilə tədbirlər sırasında "2c" sinif şagirdlərinin "Şəhidlər Xiyabanı"na ziyarəti, "1 ə", "2 ç", və "4 a" sinif şagirdlərinin məktəbin şəhid olmuş məzunlarının ailələrinə ziyarəti, məktəb həyətində kiçik yaşlı şagirdlərin iştirakı ilə "Ağacəkmə kompaniyası"nın keçirilməsi (Bu kompaniyada məktəbin həyətyanı sahəsində 170 gül kolları, 40 həmişəyaşıl ağaclar əkilmişdir), Anım Günü münasibətilə bütün ibtidai siniflərdə xüsusi dərslərin keçirilməsi , "Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu" mövzusunda 4-cü sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilməsi təşkil olunmuşdur.