Şəhid Saleh Əliyev adına bulaq istifadəyə verilib

         II Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhid olmuş məktəbimizin məzunu Əliyev Saleh Namiq oğlunun adına inşa edilmiş "Şəhid bulağı" istifadəyə verilmişdir. Bu münasibətlə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
         Tədbirdə Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, ictimai birliklər, televiziya kanalarının çəkiliş qrupları, jurnalistlər, qəsəbə sakinləri və məktəbimizin kollektivi iştirak etmişlər.
         Tədbirdə çıxış edən məktəbin direktoru Yasın Quliyev şəhid Saleh Əliyevin qəhrəmanlığından söz açmış, onun və vətən uğrunda həlak olan bütün şəhidlərin daim xatırlanması, unudulmaması üçün mütamədi olaraq bu cür tədbirlərin keçirilməsinin, onların xatirələrinin əbədiləşdirilməsinin təqdirə layiq olduğunu qeyd etmişdir.
         Sonda şəhid Saleh Əliyev adına bulağın örtüyü götürülmüş, tədbirdə iştirak edənlər bulaqdan su içmışlər, şəhidlərin ruhlarına dualar etmişlər.
     Allah bütün şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi