Məktəbdə ilk gün

 

        Sentyabrın 16-sı bütün ümumtəhsil məktəblərində olduğu kimi bizim məktəbdə də yeni tədris ilinin başlanması təntənəli şəkildə qeyd olundu.Tədbir Dövlət Himninin ifası ilə başlandı. Məktəbin direktoru Arzu Miriyev tədbiri açaraq müəllim və şagirdləri, onalrın valideynlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi. Direktor ötən tədris ilindəki uğurlardan danışaraq  IX sinfi fərqlənmə attestatı ilə bitirən şagirdləri tərifnamə ilə təltifləndiridi . Fərqlənən şagirdlər və XI sinif şagirdləri çıxış edərək müəllimlərinə təşəkkürlərini bildirdilər. İlk dəfə məktəbə qədəm basan birincilərin çıxışları alqışlarla qarşılandı. Sonda ilk zəng səsləndirildi.

      2019- 2020- ci ilin ilk dərs günü başlandı. İlk dərslər  ibtidai siniflərdə  " İdman və sağlamlıq " , V - IX siniflərdə " Mütaliə- mənəvi zənginliyə aparan yol "  X- XI siniflərdə isə " Azərbaycan inkişaf yollarında "  mövzusunda aparıldı.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi