"Rəngli dünyamız"adlı sərgi

    23 yanvar 2020-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəbdə fəaliyyət göstərən "Bacarıqlı əllər" dərnəyinin rəhbəri Alışova Esmira tərəfindən dərnək üzvlərinin əl işlərindən ibarət "Rəngli dünyamız" adlı sərgi və açıq qapı keçirilib. Sərgidə 50 ədəd əl işi sərgilənib.Təşkil olunmuş açıq qapıda 40 nəfər şagird iştirak edib.
    Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Estetik tərbiyə" şöbəsinin müdiri X.Sultanova,metodist A.Əsədullayeva baş rəssam F.Qasımov iştirak etmiş və dərnək üzvlərini təşəkkürnamələrlə mükafatlandırılıblar.
     Sərginin təşkil olunmasında məqsəd uşaqlarda təsviri və tətbiqi sənətə marağın artırılması,estetik zövqünün formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi