İngilis dili dərnəyində "Zəfər Günü" tədbiri

Məktəbdə təşkil olunmuş İngilis dili dərnəyində "Zəfər Günü" münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan dövlət himni ilə başlayıb, vətən müharibəsi haqqında və müharibənin taleyində həlledici  rol oynayan Şuşa  şəhərinin işğaldan azad olunması haqqında şagirdlərin məlumat verməsi ilə başladı. Ardıcıl olaraq şagirdlər qəhrəmanlar haqqında, Qarabağ sözündəki qara və bağ sözlərinin leksik mənasının izahını verdilər.  Azərbaycanın dövlət rəmzləri, eləcə də Qarabağın baş tacı olan və hərbi strateji əhəmiyyətə malik qədim Şuşa şəhəri haqqında məlumat verdilər. Tədbirdə ordumuzun zəfər simvolu olan "Xarıbülbül" əfsanəsi səhnələşdirildi. Tədbir şəhidimiz Xudayar Yusifzadənin "Vətən yaxşıdır" təsnifi ilə yekunlaşdı. Tədbirdə məktəb direktoru, təlim- tərbiyə işləri üzrə direktor müavinləri, məktəblinin dostları, məktəbin müəllimləri, şagird və valideyin kollektivi iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi