Narkomaniya ümumbəşəri bəladır

01. 11. 2019 -cu il tarixdə P.Nəzərov adına 60 saylı tam orta məktəbdə "Narkomaniya ümumbəşəri bəladır "mövzusunda "tədbir keçirildi. 
Tədbirdə Yasamal rayon Polis İdarəsinin İTŞ- nin rəisi polkovnik-leytenantı Natiq Pircanov, Yasamal RPİ - nin 29 cu PŞ-nin rəisi polis polkovnik-leytenantı Cavid Usubov, Yasamal RPŞ-nin NMB-nin rəisi polis mayoru Anar Süleymanov çıxış edirdi. 
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edildi. 
Məktəbin 10- cu və 11-ci sinif şagirdləri ilə görüşdə əsas məqsəd zəmanəmizin ən böyük bəlası olan narkomaniyanın gənclər arasında sürətli şəkildə yayılmasının qarşısını almaq, narkotik maddələrin insan həyatına vurduğu ziyanı onlara başa salmaq və ondan necə qorunmağın yollarını göstərmək idi. 
İkinci məsələ isə "Ailə-məişət " münaqişələrinin yeniyetmələrin davranışına və psixikasına təsiri "mövzusunda idi. Belə şagirdlərin gəlcəyini qorumaq üçün məktəb-valideyn birgə hərəkət etməlı ,ailədə baş verən mənfi hadisələrin uşağa təsirinin qarşısını almağın yollarını tapmaq olduğu bildirildi. 
3 cü məsələ isə "Dini radikalizm"in zərərləri, onların cəmiyyətə vurduğu ziyan o cümlədən belə hadisələrin böyük faciələrə yol aça biləcəyini şagirdlərə düzgün şəkildə təbliğ etmək idi. 
Çıxışların sonunda şagirdləri maraqlandıran suallara dolğun cavablar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi