Mülki müdafiə üzrə tədbirlər planına əsasən "Mülki müdafiə məşqi " keçirildi

16.04.2019 tarixdə P.Nəzərov adına 60 saylı tam orta məktəbdə 2019 cu il üçün Yasamal rayon 60 saylı tam orta məktəbin Mülki müdafiə üzrə tədbirlər planına əsasən "Mülki müdafiə məşqi " keçirilmişdir. Saat 9.40 da "yalançı həyəcan siqnalı "verildi. İlk olaraq şagirdlərin məktəbin əvvəlcədən təyin edilmiş 2 çıxış qapısından çölə çıxmaları təmin edildi. 3 dəqiqə 30 saniyə ərzində bina tam olaraq boşaldılmışdır. İkinci mərhələdə məktəbin "Şahinlər" komandası tərəfindən "həyəcan siqnalı "zamanı görülə biləcək tədbirlər: yanğın söndürən balonlardan istifadə qaydaları, yaralılara ilk yardımın hansı şəraitdə və necə göstərilməsi , zəhərlənmiş insanlara əleyhiqazların çatdırılması və geyindirilməsi əyani şəkildə nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi