“ Avropa Gənclər yay Olimpiya Festivalına 100 gün qaldı” adlı tədbir keçirildi

12.04.2019 cu il tarixdə P.Nəzərov adına 60 saylı tam orta məktəbdə “ Avropa Gənclər yay Olimpiya Festivalına 100 gün qaldı” adlı tədbir keçirildi. Tədbirdə müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri Namiq Abdullayev, Zemfira Meftahəddinova, Nazim Hüseynov, Ağır atletika üzrə dümya çempionu Dadaş Dadaşov, islam oyunlarının qalibi Rahib Məmmədov və digər idmançılar, OCEP -2019 layihəsinin koordinatorları və BŞTİ -nin əməkdaşı Səkinə Ağalarova iştirak etdilər. Qonaqlar ilk öncə istedadlı şagirdlərinin idmana, olimpiya oyunlarına və Olimpiya Mədəniyyətinə həsr olunmuş

əl işləri ilə tanış oldular. Daha sonra məktəb kollektivi və idmanla məşğul olan, müxtəlif yarışlarda uğur qazanan şagirdlərlə görüş oldu. Olimpiya oyunlarının yaranma tarixinə və Olimpiya oyunlarının qaliblərinə həsr olunmuş video çarx izlənildi. Maraqlı diskussiya şəraitində keçən tədbir məktəbin özfəaliyyət dərnəyinin hazırladığı musiqili kompozisiya ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi