" Kiçik Akademiya"nın işinə start verildi

11.10.2018 tarixdə P.Nəzərov adına 60 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin 21 yanvar 2008- ci il tarixli,63 nömrəli əmrinə əsasən məktəbdə fəaliyyət göstərən " Kiçik Akademiya"nın işinə start verildi.Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.Tədbiri açıq elan edən məktəbin direktoru Fayaz Hüseynov akademiyanın üzvlərinə uğurlar arzulayaraq onlara "Kiçik Akademiya"ların fəaliyyətinə rəhbərlik tərəfindən hər çür qayğı ilə yanaşacağını bildirdi. 
Sonra isə məktəbin tərbiyə işləri üzrə direktor müavini Xədicə Əliyeva "Kiçik Akademiya"ların strukturu və fəaliyyət istiqamətləri,məqsəd və vəzifələri haqqında akademiyanın üzvlərinə məlumat verdi.Kiçik Akademiyanın tərkibində humanitar, təbiət və texniki istiqamətlər üzrə bölmələrin fəaliyyət göstərdiyini elan etdi.
Açıq səsvermə yolu ilə Kiçik Akademiyanın prezidenti və vitse prezidentləri seçildi.
Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq,onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək məqsədi ilə məktəbin yaradıcı müəllimləri də akademiyanın işinə cəlb edildi. 
Yeniliklər barədə məlumat almaq,öz yeni ideyalarını çatdırmaq və elmi fikirlərini bölüşmək üçün "Kiçik Akademiya" da mütamadi olaraq içlaslar keçirilməsi nəzərdə tutuldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi