Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" adlı maarifləndirici tədbir keçirildi

12.10.2018 tarixdə P.Nəzərov adına 60 saylı tam orta məktəbdə Yasamal rayon polis idarəsinin təşkilatçılığı ilə "Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə Yasamal rayon Polis İdarəsinin rəisi, polis polkovniki Isfəndiyar Mehbalıyev , Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəisi , polis polkovnik-leytenantı Qəhrəman Qələndərov, Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi polis mayoru Anar Süleymanov çıxış edərək narkotikin insan həyatına vurduğu ziyandan danışaraq onlardan necə uzaq olmağı və belə insanlarla əlaqədə olmamağı tövsiyə etdilər. Şağirdlər tərəfindən verilən suallar əhatəli şəkildə cavablandırıldı.Sonra isə "Narkomaniya ümumbəşəri bəladır" adlı sənədli filmə baxış keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi