Azərbaycan xalqının şanlı qələbəsi

08.01.2021 ci il tarixdə P. Nəzərov adına 60 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 tarixli F- 512 nömrəli əmrinə əsasən "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 2020 /2021-ci tədris ili üçün Fəaliyyət planına əsasən "Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbə Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumatların verilməsi" mövzusunda məktəbin direktoru Fayaz Hüseynov  və müəllimlərin iştirakı ilə onlayn videokonfrans keçirildi. 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra ikinci Qarabağ müharibəsində şəhid olan qəhrəman əsgərlərimiz 1 dəqiqəlik sükutla yad edildi. Konfransı giriş sözü ilə məktəbin direktoru Fayaz Hüseynov açdı. Fayaz Hüseynov öz çıxışında bildirdi ki, 44 günlük müharibə ərzində Azərbaycanın haqq uğrunda apardığı mübarizədə ermənipərəst qüvvələrin dövlətimizə qarşı göstərdiyi təzyiqlərə cavab olaraq  Ali Baş Komandanımız İlham  Əliyevin ağıllı siyasəti nəticəsində torpaqlarımız mənfur düşmənlərdən təmizlənmişdir. Ermənistan dəfələrlə Beynəlxalq təşkilatlara müraciət etməyə cəhd göstərsə də, hər dəfə Azərbaycan hökumətinin müdrik xarici siyasəti nəticəsində ermənilərin təxribatçı hərəkatlarının qarşısı alınmışdır. 
İkinci Qarabağ müharibəsi Azərbaycanın böyük hərbi, siyasi və diplomatik qələbəsi, Ermənistanın isə uzun müddət özünə gələ bilməyəcək sarsıdıcı məğlubiyyəti ilə başa çatmışdır. QƏLƏBƏ BİZİMDİR. "QARABAĞ AZƏRBAYCANDIR!"

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi