"BİLİK GÜNÜ"

   T.Bağırov adina 59 nömrəli tam orta məktəb 2018-2019 cu tədris ilinə yeni arzular, yeni hədəflərlə başladı.15 sentyabr "Bilik Günü" məktəbimizin kollektivi tərəfindən təntənəli şəkildə qeyd olundu, məktəbimizin uğurları sadalandı. Məktəbimizin direktoru Şıxlinskaya Kəmalə xanım çıxış edərək birinciləri təbrik etdi və bu il ali məktəbə yüksək balla qəbul olan məzunları fəxri fərmanla təltif etdi. İl ərzində müxtəlif fənlər üzrə naliyyətləri olan şagirdlərə diplomlar təqdim olundu.2017-2018 ci tədris ilində naliyyətlərimizə görə əməyi olan təlim-tərbiyə işləri üzrə direktor müavini G.Süleymanova və məktəbimizin qabaqcıl müəllimlərindən olan N.Hüseynova təşəkkürnamə ilə təltif olundu.
  Təbriklərə təlim-tərbiyə işləri üzrə direktor müavini X.Sultanova da qoşularaq, birincilərə məktəb həyatında uğurlar arzuladı.Tədbirdə birincilərin şeirləri dinlənildi və balaca fidanların rəqsi ilə tədbir davam etdirildi. Sonda birincilər üçün "İlk zəng" səsləndi.   https://youtu.be/cZWwMfEtNHw

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi