"Gələcəyini qur"Gəncliyə dəsdək Layihəsi çərçivəsində görüş

"Gələcəyini Qur"Gəncliyə Dəstək Layihəsində iştirak edəcək şagirdlərin müəyyənləşdirilməsi üçün 18 aprel tarixində məktəbimizin onuncu sinif şagirdləri ilə görüş keçirildi.Layihənin əsas məqsədi az təminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul olunması və hər tərəfli fərdi inkişafı istiqamətində onlara dəstək vərməkdən ibarətdir.Layihə şagirdlərin ailəsinin sosial vəziyyəti,onların oxumaq həvəsi,bilik və potensialı kimi üç meyar əsasında həyata keçirilir.Şagirdlərə çatdırıldı ki,layihə çərçivəsində onların fərdi inkişafına xidmət edəcək müxtəlif təlimlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət,dünya görüşü ünsiyyət bacarıqları və müvafiq dəyərlərin formalaşmasına dəstək verilir.Sonda layihəyə qoşulmaq istəyən şagirdlər verilən sualları cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi