"Uşaq hüquqları aylığı" çərçivəsində məktəbimizdə bir sıra tədbirlər həyata keçirilmişdir

Məktəbimizdə 2017 ci il 20 oktyabr-20 noyabr tarixlərində "uşaq hüquqları aylığı" elan edilmişdir. Aylıq çərçivəsində bir sıra tədbirlər görülmüşdür. "Bizim hüquqlarımız" mövzusunda rəsm,   "Mən və hüquqlarım" mövzusunda inşa müsabiqəsi keçirilmişdir. "Hüquqlarımızı bilirikmi?", "Hüquqlarımız qorunurmu? adlı təşkilat saatları keçirilmişdir. Uşaq hüquqlarının qorunmasına həsr olunmuş seminar təşkil edilmişdir. Seminarda Uşaq  Birliyi  Təşkilatı Rəhbəri şagirdləri  Uşaq Hüquqları Konveksiyasının  maddələri ilə tanış etmiş, şagirdlərin hüquqi maarifləndirilməsi və müdafiə olunmaları haqqında söhbət aparılmışdır. Kitabxananın oxu zalında uşaq hüquqları ilə bağlı kitablardan ibarət guşə hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi