9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü məktəbimizdə qeyd edildi

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə məktəbimizdə bir sıra tədbirlər keçirildi. Şagirdlər arasında bayraq gününə həsr edilmiş divar qəzeti müsabiqəsi təşkil olundu. Şagirdlər Azərbaycan Dovlət Bayragı Günü haqqında öz fikirlərini həvəslə bölüşərək necə vətənpərvər böyüdüklərini bir daha nümayiş etdirdilər. Məktəblilər əllərində şanli Azərbaycan Bayragı tutaraq "Vətən" mahnısının sədası altında yürüş etdilər. Bayraqla əzmlə yürüş edən bu uşaqlar sanki bütöv bir Azərbaycanı çiyinlərində daşıyırdılar. Qəlblərində vətən sevgisi ilə yaşayan şagirdlər gələcəyin əsgərləri, gələcəyin əsl Azərbaycan vətəndaşlarıdır. Qoy onların amalı möhkəm olsun! Yaşasın hürrüyyətlə dalğalanan Azərbaycan Bayrağı!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi