Birincilərin məktəblə tanışlığı

     Bu gün məktəbə ilk addımlarını atan birincilərin məktəblə tanışlıq məqsədilə ekskursiyası təşkil olunub.1A sinfinin şagirdlərinin tədrisə hazırlıqlı başlaması, onlarda məktəb haqqında müəyyən təsəvvürlər yaratmaq üçün məktəbin kitabxanası, yeməkxanası, tibb otağı, sinif otaqları, foyesində təşkil olunmuş mütaliə guşəsi ilə tanışlığı onlarda böyük maraq doğurdu. Məktəbimiz adını daşıyan şəhid T.İ.Həsənovun büstü ziyarət edildi, sinif müəllimi İlhamə İsgəndərli şəhidimiz haqqında şagirdlərə geniş məlumat verdi. Məktəbin direktoru Gülnarə Cəfərova, direktor müavini  Aidə Kələntərova, təşkilatçı müavin Dilbər Rzayeva, məktəblinin dostları uşaqları böyük  səmimiyyətlə qarşıladılar. Körpə fidanlar dəhlizdə nümayiş olunan əl işləri ilə tanış oldular. Bəzi otaqlarda az müddətdə dərs prosessini izlədilər. Bu tanışlıq şagirdlərin məktəb həyatına daha tez adaptasiyasına, dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsini anlamağa xidmət edir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi