Beynəlxalq Ana Dili Günü

 21.02.2019-ci il tarixdə məktəbimizdə  "21 fevral - Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbir himnimizin səslənməsi ilə başlandı. Tədbirdə çıxış edən şagirdlər Ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında məlumatlar, hikmətli kəlamlar, şeir və mahnılar səsləndirdilər. Məktəbin  direktoru və ədəbiyyat müəllimləri ana dilimizin məktəblilərin milli-mənəvi dəyərlərinin formalaşmasında, öz soydaşları ilə ünsiyyət qurmasında və mükəmməl təhsil almasında mühüm rol oynadığını şagirdlərin nəzərinə çatdirdilar, dilimizi həmişə sevməyi və yad  ünsürlərdən  qorumağı  tövsiyə  etdilər.           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi