“Valideynin məktəbdə bir günü”

           Məktəbdə 21.02.2019 cu ildə "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində tədbir keçirildi. Layihə çərçivəsində  məktəb rəhbərliyi, valideyn-şagird-müəllim  əməkdaşlığının  daha da möhkəmlənməsi və onların rəy və təkliflərinin kollektiv şəkildə icra olunmasına imkan yaradıldı. Valideynlər fənn kabinetləri, kitabxana, yeməkxana, laboratoriyalar,akt zalı, idman zalı və məktəbin bağçasını gəzərək məktəb mühiti  ilə tanış oldular. Müxtəlif  siniflər üzrə keçirilən  dərslərdə valideynlərin iştirakına şərait yaradıldı.  Valideynlər üçün seminar təşkil edildi, onların rəy və təklifləri dinlənilərək fikir mübadiləsi aparıldı. Foyedə və siniflərdə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu.Tədbirin sonunda şagirdlər valideynlər üçün hazırladıqları "21 fevral - Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş "Ana dili bizim varlığımızdır" ədəbi-bədii kompozisiya təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi