15 sentyabr – “Bilik günü”

15.09.2018-ci il tarixdə məktəbimizdə “Bilik günü” böyük coşğu ilə qeyd edildi. Tədbir  Dövlət  himninin  sədaları  altında  başladı. Məktəbin  direktoru  Qarabəyli  Hicran  müəllimə  şagirdləri, müəllimləri, valideynləri  və  məktəbə ilk dəfə I sinflərə  qədəm  qoyan  uşaqları  təbrik  etdi  və  onlara  xoş  arzularını  bildirdi. Gənc  nəslin  layiqli  vətəndaş  kimi  yetişməsində məktəbin mühüm rol oynadığını qeyd   edən   Hicran  müəllimə  ilk dəfə məktəbə qədəm qoyan uşaqların gələcəkdə  Vətənimizə  ləyaqətlə  xidmət  edəcəklərinə  əminliyini  ifadə  etdi.

Tədbirdə  çıxış  edən  valideynlər  dövlətimiz  tərəfindən  təhsilə  göstərilən  diqqət  və  qayğıya görə  minnətdarlıqlarını  bildirdilər. Şagirdlərin ifasında şeirlər səsləndi, rəqslər  ifa  edildi.  Sonda  məktəbin  rəmzi  açarı  birincilərə  təqdim  olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi