Bayrağımız qürurumuzdur

Məktəbdə 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır.

Vətənpərvərlik, dövlət rəmzlərinə hörmətin aşılanması məqsədilə uşaq birliyi təşkilatının rəhbəri Mehnaz Süleymanovanın təşkilatçılığı ilə şagirdlərdən Quliyev Murad, Süleymanov Əli, Əliyeva Selcan, Qasımlı Ayxan qədim Azərbaycan dövlətlərinin rəmzləri və müasir Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər. Tədbir Azərbaycan bayrağına həsr olunmuş mahnı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi