Peşə təhsili haqqında

Təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabətqabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq bacarığını formalaşdırmaq, peşə təhsilinə maraq artırmaq, şagirdlərin istedad və qabiliyyətinin düzgün istiqamətləndirilmək məqsədi ilə 8 və 9-cu sinif şagirdləri üçün sinif rəhbəri Aidə İsmayılova “Peşələr” adlı təqdimatla çıxış etdi. Təqdimatda ənənəvi peşələrlə yanaşı XXI əsrdə inkişaf edən kompyuter mühəndisliyi, biomühəndislik, nanotexnologiya və digər peşələr haqqında məlumatlar verildi, şagirdlərlə mövzu ilə əlaqədar fikir mübadiləsi aparıldı.