Zəngilansız 26 il

Zəngilan rayonunun işğal gününə həsr olunmuş “dəyirmi masa” keçirildi. Tədbirdə şagirdlər Zəngilan rayonunun işğalı, Zəngilan rayonunun milli qəhrəmanları Əsədov Əsəd, Nuriyev Elnur və digərlərinin şərəfli həyat yolu haqqında məlumat verdilər. Şagirdlərdən Məmmədov Miqdad Zəngilanın təbiəti, Bəndəliyeva Duyğu tarixi abidələri, Xasıyeva Nazənin orta əsr şəhəri olan “Şəhri-Sərifan” şəhəri, Çələbiyeva Leyla Məmmədbəyli türbəsi, Məmmədli Kənan “Ağ oyuq” ərazisi haqqında təqdimatlarla çıxış etdilər. Sonda nümayiş olunan videoçarxda Zəngilan rayonunun zəngin təbiətinin görüntüləri izlənildi.