İstedadlarla iş

2018-ci ildə məktəbimiz Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”nin qalibi olmuşdur. Davamı olaraq 2019-2020-ci tədris ilində də xüsusi siniflərdə təhsil alan şagirdlərlə peşəyönümünün inkişafı sahəsində işlər davam etdirilir. Belə ki, texnologiya və təsviri incəsənət dərslərindən əlavə, istedadı ilə fərqlənən şagirdlərlə dərsdənkənar məşğələlər təşkil olunur. Onların maraq dairəsinə uyğun xüsusi proqram üzrə məşğələlər keçirilir. Dərs ilinin sonunda istedadlı şagirdlərin əl işlərindən ibarət sərginin təşkil olunması gözlənilir.