18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü

Tədris həftəsinin başa çatması münasibətilə pedaqoji və şagird heyətinin sıra düzülüşü 18 Oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuşdu. Tarix müəllimi Elnarə Rüstəmova Dövlət Müstəqillik Gününün tarixi haqqında məlumat verdi. 8 və 9-cu sinif şagirdləri vətənə, müstəqilliyə həsr olunmuş şeirlər səsləndiridilər. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.

5b sinif şagirdləri “Azərbaycan Respublikası – 28 illik misilsiz inkişaf yolu” adlı ədəbi-bədii  kompozisiya təqdim etdilər. Şagirdlərin mövzuya uyğun hazırladıqları təqdimatlar, fotostendlər, rəsm işləri təqdim olundu. Tədbir vətənə həsr olunmuş şeir, mahnı və həmrəylik rəqsi ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi