Yol hərəkəti qaydalarını öyrənək

Yeni dərs ilinin başlanması ilə əlaqədar 2019-cu il sentyabr ayının 25-dən oktyabr ayının 25-dək "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Bu məqsədlə məktəbimizdə "Yol hərəkəti qaydalarını öyrənək" adlı tədbir keçirildi. Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması idi. Məktəbin həyətində şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərildi, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verildi.